Ana Sayfa > Karusel / Siyasət > Türkiyənin energetika və təbii sərvətlər naziri Bakıya gəlib
Türkiyənin energetika və təbii sərvətlər naziri Bakıya gəlib21-12-2021, 15:51. Yazar: Admin |
Dekabrın 21-22-də keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda iştirak etmək üçün Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Bakıya gəlib. Qarabaginfo.az xəbər verir ki, bu barədə F. Dönməz "Twitter" hesabında yazıb. Qeyd edək ki, forum Azərbaycanın energetika naziri Pərviz Şahbazov və F. Dönməzin həmsədrliyi altında keçiriləcək. Dekabrın 21-də Enerji Forumu çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və tənzimləmə sahələri üzrə hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupların iclaslarının keçirilməsi və türkiyəli nümayəndə heyətinin Səngəçal Terminalına səfəri nəzərdə tutulur. Dekabrın 22-də isə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək. Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması nəzərdə tutulur. Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib. Geri dön |