Ana Sayfa > Karusel / Gündəm / İqtisadiyyat > Maaş artımının özəl sektora təsiri - 300 manatdan az əmək haqqı verilməyəcək
Maaş artımının özəl sektora təsiri - 300 manatdan az əmək haqqı verilməyəcək21-12-2021, 15:16. Yazar: Admin |
Dövlət başçısının yeni Fərman və sərəncamı ilə əlilliyi olan şəxslər və digər kateqoriyalardan ibarət ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin müavinət və təqaüdləri gələn ilin əvvəlindən artırılacaq. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Qarabaqinfo.az-a açıqlamasında bildirib ki, 1.5 milyard manata yaxın dəyəri olacaq yeni sosial paket 2 milyondan artıq vətəndaşı əhatə edəcək.
V.Bayramov bildirib ki, sosial paket aqrar sektorda çalışan və pay torpağı olanlar üçün yeni məşğulluq imkanları təklif edir: “Belə ki, gələn aydan etibarən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan vətəndaşlarımızın haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunması nəzərdə tutulur. Yəni, əvvəllər özünüməşğulluq və digər aktiv sosial proqramlarda iştiraka maneə olan “pay torpağı sahiblik” artıq əngəl olmayacaq. Pay torpağı olanlar da pulsuz aktivlərə, o cümlədən sosial iş yerlərinə müraciət edə biləcəklər. Digər tərəfdən, istehlakın artması kənd təsərrüfatı məhsullarına tələbə də təsir göstərəcək”. Deputat bütövlükdə, dövlət sektorunda əhatəli sosial proqramların özəl sektorun inkişafına da xüsusi təkan verdiyini bildirib. “Bu baxımdan, gələn il Azərbaycan istehlakın, o cümlədən xidmətlərə tələbin artacağı gözlənilir”,-deyə sonda o qeyd edib.(modern.az) Geri dön |