Ana Sayfa > Karusel / İdman > AFFA “Neftçi”ni CƏRİMƏLƏDİ
AFFA “Neftçi”ni CƏRİMƏLƏDİ21-12-2021, 14:22. Yazar: Admin |
.
Qarabaqinfo.az-ın məlumatına görə, toplantıda Azərbaycan Kubokunun 1/8 final mərhələsi və Premyer Liqanın XIV tur qarşılaşmalarında baş vermiş hüquqi pozuntularla əlaqədar qərarlar çıxarılıb.
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK – “Qəbələ” oyununda oyun öncəsi yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur (maddə 62.2);
MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 800 manat cərimə olunur (maddə 62.1);
MOİK klubunun futbolçusu Elşən Veysov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1);
MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
1/8 final mərhələsinin “Zaqatala” – “Səbail” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
Premyer Liqanın XIV turunun “Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun futbolçusu Ruan Renato ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
“Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
XIV turun “Sumqayıt” – “Keşlə” oyununun 80-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançayaa kənar əşya atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1);
XIV turun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);c Geri dön |