
Pentaqon ABŞ- Meksika sərhədinə 3750 əsgər göndərmək niyyətindədir.
"Qarabaginfo" xəbər verir ki, bu barədə “Röyters” ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Hərbçilər 3 ay müddətində ABŞ-ın cənub-qərb sərhədində qalaraq ölkənin Sərhəd və Gömrük Xidməti əməkdaşlarına dəstək verəcəklər.
Agentlik bildirir ki, Meksika ilə sərhədə yerləşdiriləcək əsgərlərin sayı 4350 nəfərə qədər artırılacaq.
Qeyd edək ki, Pentaqon yanvarın 15-də ABŞ ilə Meksika sərhədində hərbi əməliyyatların 2019-cu ilin sentyabrına qədər davam etdiriləcəyini açıqlayıb.
Geri dön
|