Ana Sayfa > Karusel / Gündəm > Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək


21-12-2021, 12:57. Yazar: Admin

 

Qırğızıstan Prezidenti Sadır Japarov

 

“Azərbaycan və Qırğızıstan arasında Strateji tərəfdaşlıq haqqında saziş üzərində iş gedir”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev 2021-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Səfir deyib ki, noyabrın 20-də Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində iki ölkə prezidentlərinin görüşü keçirilib: “Gələn ilin aprel-may aylarında Qırğızıstanın Prezidentinin Azərbaycana səfəri gözlənilir. Bu səfər zamanı Strateji tərəfdaşlıq haqqında saziş də imzalanacaq”.


Geri dön