Ana Sayfa > Karusel / Gündəm > Rusiya Ermənistanın qaytardığı azərbaycanlıların fotolarını yaydı

Rusiya Ermənistanın qaytardığı azərbaycanlıların fotolarını yaydı


21-12-2021, 12:53. Yazar: Admin

Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisinin Azərbaycan tərəfə qaytarıldığı barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.


Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəsmi Telegram kanalında dekabrın 20-də Ermənistanın Azərbaycana qaytardığı iki hərbçinin fotoşəkilləri dərc olunub.

 

Qarabaginfo.az xəbər verir ki, aparılan danışıqlarda Ermənistan Silahlı Qüvvələrinin zabitləri, Azərbaycanın nümayəndəsi, Zəngəzurda saxlanılan azərbaycanlı hərbçilər və Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi iştirak edib. Şəkillərə əsasən, Rusiya tərəfinin vasitəçiliyi ilə müvafiq sənədlər imzalandıqdan sonra hərbçilər geri qaytarılıb.


Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

 

Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların dünən geri qaytarılması təmin olunub.

 

  


Geri dön