Ana Sayfa > Karusel / Gündəm > 95 faizlik spirtə su qatıb içdilər - Sonu bıçaqlanma ilə bitdi
95 faizlik spirtə su qatıb içdilər - Sonu bıçaqlanma ilə bitdi21-12-2021, 12:34. Yazar: Admin |
Bakıda iki dost 95 %-lik tibbi spirtə su qatıb içdikdən sonra bir-birini bıçaq və pivə bakalı ilə yaralayıblar. Qarabaginfo.az xəbər verir ki, hadisə bu ilin iyul ayında Zığ qəsəbəsində baş verib. Məlum olub ki, həmin gün iki dost - Aleksandr Labutov və Müslüm Qurbanov aptekdən aldıqları üç şüşədən ibarət 95 %-lik spirti suya qataraq içiblər. Sərxoş vəziyyətdə olan Müslüm Aleksandra bığ saxlamağını irad bildirib. O, özünün bığsız olduğunu bildirərək Aleksandrdan bığını qırxmasını tələb edib. Mübahisənin sonu bıçaqlanma ilə bitib. Belə ki, əvvəlcə Müslüm masanın üzərindəki pivə bakalı ilə Aleksandrın gözündən vurub. O isə masadakı bıçaqla Müslümü qarnından bıçaqlayıb. Daha sonra qonşular hadisə yerinə təcili tibbi yardım çağırıblar. Məhkəmədə məlum olub ki, M.Qurbanovun daimi yaşayış yeri olmayıb. O, Aleksandrın qohumlarının yaşadığı binanın həyətindəki 6 kvadrat metrlik tikilidə qalırmış. Valideynləri olmayan M.Qurbanov internatda böyüyüb. O, dostundan şikayətçi olmadığını və barışdıqlarını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Labutov 6 il müddətə azadlıqdan məhrum edilib. Məhkəmədə A.Labutovun daha əvvəl də narkotik alverinə görə məhkumluq həyatı yaşadığı məlum olub. O, 2020-ci ildə azadlığa çıxıbmış. Geri dön |