Ana Sayfa > Karusel / Gündəm > Bərdədə iki körpə uşaq valideyni tərəfindən küçəyə atılıb 

Bərdədə iki körpə uşaq valideyni tərəfindən küçəyə atılıb 


4-02-2019, 10:38. Yazar: Admin

 

 

 

 Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb.

"Qarabaginfo" "Report"un Qarabağ bürosuna istinadən xəbər verir ki, uşaqlar küçəyə anaları tərəfindən atılıb.

Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Lakin onlar Rayon Uşaq Xəstəxanasına yerləşdirilib, polis onların valideynlərini axtarır.

Küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir.

Körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar


Geri dön