Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan beynəlxalq yarışların nəticələrinə əsasən 8 pillə irəliləyib
Ana Sayfa > Karusel / İdman > Azərbaycan beynəlxalq yarışların nəticələrinə əsasən 8 pillə irəliləyib

Azərbaycan beynəlxalq yarışların nəticələrinə əsasən 8 pillə irəliləyib


21-12-2021, 11:30. Yazar: Admin

Azərbaycan beynəlxalq yarışların nəticələrinə əsasən 8 pillə irəliləyib

Ölkələrin qlobal reytinqi açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, beynəlxalq yarışların nəticələrini özündə əks etdirən cədvəldə uğur qazanan 133 ölkə yer alıb.

Azərbaycan planetin 38-cisidir. Aktivində 470 xal olan ölkəmiz 8 pillə irəliləyib.

İdmançılarımız Avropada 23-cü sırada qərarlaşıb.

Azərbaycan 7 idman növündə xal toplamağı bacarıb. Karateçilərimiz daha çox – 148 xal yığıblar. Boks və yunan-Roma güləşi ikinci sıraya şərikdir – hərəsi 87 xal. Sərbəst güləş və cüdonun hərəsində 65, bədii gimnastikada 10, tamblinqdə 8 xal əldə olunub.

Qeyd edək ki, cədvələ ABŞ başçılıq edir – 7052 xal. Yaponiya (4200) ikinci, Fransa (3824) üçüncüdür.


Geri dön