Ana Sayfa > Karusel / Gündəm > Ötən gün toylara görə 5 nəfər cərimələnib, 65 nəfər şənliyə buraxılmayıb

Ötən gün toylara görə 5 nəfər cərimələnib, 65 nəfər şənliyə buraxılmayıb


21-12-2021, 11:08. Yazar: Admin
Ötən gün toylara görə 5 nəfər cərimələnib, 65 nəfər şənliyə buraxılmayıb
Dekabrın 21-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 143 toy şənliyinin monitorinqini həyata keçirib.
 
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 138 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
 
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 65 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Geri dön