Ana Sayfa > Karusel / Cəmiyyət > Üç prezident gözləri önündə öldürüldü - Linkolnun oğlunun qəribə taleyi
Üç prezident gözləri önündə öldürüldü - Linkolnun oğlunun qəribə taleyi21-12-2021, 08:32. Yazar: Admin |
İnsan doğru zamanda doğru yerdə ola bildiyi kimi, yanlış zamanda yanlış yerdə də ola bilər. Buna tarixin, bəlkə də, ən məşhur amerikalı prezidenti Abraham Linkolnun oğlu Robert Linkoln misal göstərilə bilər. Qarabaginfo.az xəbər verir ki, Robert əvvəlcə atasının, daha sonra isə iki ABŞ prezidentinin ölümünə şahidlik edib. 1901-ci ildən sonra isə heç bir rəsmi tədbirə qatılmayıb… 30 iyun 1881-ci ildə ABŞ Prezidenti Ceyms Qarfild az sayda nazirlə iclas keçirirdi. Qarfild üzünü Robert Linkolna tutaraq soruşur: “Atanın öldürüldüyü gecədən danışa bilərsən?”. O zaman hərbi nazir olan Linkoln qısaca danışaraq, həmin gecə atası ilə teatra getmədiyini, dostları ilə Ağ Evdə vaxt keçirdiyi yerdə qəfildən teatr binasına qaçdığını və atası son nəfəsini verərkən salona çatdığını bildirir. Linkolnun bu xatirəsini danışmasından 48 saat sonra Qarfild güllələnir. 37 yaşlı Linkoln prezidentdən cəmi bir neçə addım uzaqlıqda idi. Linkolnun həyatı qəribə təsadüflərlə dolu idi. Belə ki, atasını öldürən Con Uilks Butun qardaşı Edvin hadisədən bir neçə ay əvvəl Robert Linkolnu qatar relslərinə düşməkdən xilas etmişdi. Robert Linkolnun həyatı Ceyson Emerson adlı tarixçi tərəfindən qələmə alınıb. Kitabda əsasən şəxsi məktublardan istifadə edilib. Linkoln Qarfild vurularkən ona görə hadisə yerində olub ki, qatar stansiyasına gələrək, prezidentə ölkə turunun ikinci mərhələsində ona qoşulacağı ilə bağlı məruzə etməliydi. Linkoln daha sonra dostlarından birinə göndərdiyi məktubunda Qarfildlə bağlı yazırdı: “Ona çatmağıma 15 saniyə qalmışdı. Yerdə uzanmışdı, gözləri bağlı, üzü bomboz idi”. Qarfildin ölümündən sonra “Nyu-York Tayms” qəzeti Robert Linkolnun “Tanrım, bu şəhərin üzərindən nə qədər kədər, hüzün keçdi” sitatını dərc etmişdi. Prezident Ceyms Qarfild güllə yarasından xilas olmadı. 19 sentyabr 1881-ci ildə yaranın iltihablanması nəticəsində həyata gözlərini yumdu. Yerinə keçən vitse-prezident Çester A.Artur Linkolndan başqa bütün kabinet üzvlərini əvəzlədi. Linkoln qarşıdakı illərdə Londonda diplomatik fəaliyyətindən sonra Respublikaçılar Partiyasında aktiv siyasətə başladı. Daha sonra “Pullman Car Co.” dəmir yolu şirkətində baş məsləhətçi vəzifəsində çalışdı. 50 yaşının sonlarında o, 1901-ci ildə prezident Uilyam MakKinli tərəfindən sənaye məhsullarının nümayiş olunduğu yarmarkaya dəvət olunub. Ailəsi Nyu-Cersidə tətildə olan Linkoln Nyu-Yorkun Buffalo şəhərində baş tutan tədbirə qatarla gedəcəkdi. Qatar yarmarkaya yaxınlaşmazdan əvvəl aldığı teleqramda deyilirdi: “Prezident Buffaloda anarxist tərəfindən qarnından iki dəfə güllələndi. Onun vəziyyəti ağırdır”. Güllələrdən biri prezidentin qoluna, biri isə qarnına dəymişdi. O da Qarfild kimi yarasının iltihablanması nəticəsində dünyasını dəyişdi. MakKinli öldürüldükdən sonra Robert Linkoln 1926-cı ilə - dünyasını dəyişənədək heç bir prezident tədbirinə qatılmadı. Ölümündən sonra yazılan nekroloqda Linkolna aid olduğu deyilən bu sözlər yer alırdı: “Mən olduğum yerlərdə prezidentlik postuna ölüm yaxınlaşır”. Özü getməsə də, ABŞ prezidentləri vaxtaşırı fikirlərini öyrənmək üçün Linkolnu ziyarət edirdilər. Siyasi karyerasında beş dəfə Respublikaçılar Partiyasından prezidentlik və ya vitse-prezidentlik postuna namizəd göstərilib, ancaq bu təklifləri qəbul etməyib. MakKinli öldürüldükdən sonra Oval Ofisə keçən Ruzveltə təbrik teleqramında yazırdı: “Sizi təbrik etmirəm. Prezident əbasını qısqanılacaq bir tekstil məhsulu olaraq görməmək üçün çox çirkin tərəflərini gördüm, qibtə ediləsi deyil…”. (Qafqazinfo) Geri dön |