Ana Sayfa > Karusel / Region > “Sənəddə Şoyqunun da imzası var...”
“Sənəddə Şoyqunun da imzası var...”21-12-2021, 07:47. Yazar: Admin |
Ermənistan ordusunun qalıqlarının 2020-ci ilin dekabrında Zəngəzurda Qubadlı rayonu istiqamətindəki mövqelərdən geri çəkilməsinin və Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçməsinin bəzi detalları məlum olub.
Qarabaginfo.az xəbər verir ki, bu məsələ Ermənistanda müxalifətdən olan deputatların güc strukturlarına və hökumətə ünvanladıqları çoxsaylı sorğulara cavab olaraq Baş qərargah rəisi Artak Davtyanın imzası ilə göndərilən məktubda öz əksini tapıb. Həmin məktub barədə Koçaryan-Sarqsyan sütlüyünün “Hayastan” blokundan olan deputatı Anna Qriqoryan danışıb: “General Artak Davtyan tərəfindən imzalanmış məktubdan görünür ki, 2020-ci ilin dekabrında Ermənistan ordusunun hissələri və könüllülərdən ibarət dəstələr yazılı əmr əsasında 20 kilometr geri çəkilib. Nəticədə Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib”. Deputat deyib ki, bir il ərzində həqiqət erməni cəmiyyətindən gizlədilib və erməni hərbi birləşmələrinin geri çəkilməsinə dair sənəddə Ermənistan müdafiə naziri ilə yanaşı Rusiya müdafiə nazirinin də imzası olub: “Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutunyan və Rusiyanın müdafiə naziri Serqey Şoyqu sənəd imzalayıb ki, həmin sənəd əsasında da erməni silahlı qüvvələri geri çəkiliblər. Bu, Sünik (Zəngəzur-red.) vilayəti ilə yanaşı, bütün Ermənistan üçün təhlükə yaradır.” Həmin blokdan olan digər deputat Qeqam Manukyan isə deyib ki, yalnız 2021-ci ilin oktyabrında Nikol Paşinyan qoşunların geri çəkilməsinə dair göstəriş verdiklərini etiraf edib. Deputat əlavə edib ki, münaqişə tərəfləri arasında 10 noyabr sazişindən sonra başqa sənədlər də imzalanıb. Lakin həmin sənədlər məxfi sayıldığından Baş Qərargah onları açıqlaya bilmir.(AzPolitika.info) Geri dön |