Ana Sayfa > Karusel / Dünya > Ukrayna XİN: “G.Kalandadzenin həbsi barədə Ukraynanın Gürcüstandakı səfirliyi məlumatlandırılıb”
Ukrayna XİN: “G.Kalandadzenin həbsi barədə Ukraynanın Gürcüstandakı səfirliyi məlumatlandırılıb”21-12-2021, 00:23. Yazar: Admin |
Almaniyada saxlanılan Gürcüstanın sabiq Baş qərargah rəisi Giorgi Kalandadze Ukrayna vətəndaşıdır və Ukrayna konsulları məsələ ilə məşğul olurlar. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda”ya açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolenko bildirib. O, qeyd edib ki, Ukraynanın Gürcüstandakı səfirliyi G.Kalandadzenin dekabrın 19-da Berlin hava limanında həbs edilməsi barədə məlumatlandırılıb və Ukrayna konsulları saxlanılmanın səbəbinin müəyyən edilməsi və müvafiq konsulluq xidmətlərinin göstərilməsi məqsədi ilə Almaniyanın hüquq-mühafizə orqanları ilə işləyirlər. Ukrayna mediasının məlumatına görə, G.Kalandadze 2019-cu ilin 20 dekabrında Prezident Vladimir Zelenskinin fərmanı ilə Ukrayna vətəndaşlığı əldə edib. Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu bu gün G.Kalandadzenin Gürcüstana ekstradiyası üçün Almaniyaya müraciət edildiyini bildirib.(Apa) Geri dön |