Ana Sayfa > Karusel / Region > Türkiyədə bu gün koronavirusdan 176 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 176 nəfər ölüb


20-12-2021, 22:58. Yazar: Admin

Türkiyədə bu gün koronavirusdan 176 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 176 nəfər ölüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 351 253 nəfərin test edildiyi, 18 762 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 497 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 124 912 525 peyvənd tətbiq edilib ki, bunun 91,32 faizi birinci, 82,49 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.


Geri dön