Ana Sayfa > Karusel / Gündəm > MN: Danışıqlar nəticəsində hərbçilərimizin qaytarılması təmin olunub

MN: Danışıqlar nəticəsində hərbçilərimizin qaytarılması təmin olunub


20-12-2021, 22:36. Yazar: Admin

MN: Danışıqlar nəticəsində hərbçilərimizin qaytarılması təmin olunub - YENİLƏNİB

Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunub.


Geri dön