Ana Sayfa > Karusel / Gündəm > Rusiya ABŞ-la təhlükəsizlik zəmanəti məsələsini müzakirə etdi

Rusiya ABŞ-la təhlükəsizlik zəmanəti məsələsini müzakirə etdi


20-12-2021, 21:30. Yazar: Admin

Rusiya ABŞ-la təhlükəsizlik zəmanəti məsələsini müzakirə etdi

Kremlin xarici siyasət müşaviri Yuri Uşakovla ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, telefon danışığı zamanı Rusiyanın ABŞ və NATO-ya göndərdiyi təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri müzakirə edilib.

Peskov görüşün praqmatik olduğunu əlavə edib.

Qeyd edək ki, Kremlin xarici siyasət müşaviri Uşakov dekabrın 15-də Rusiyanın müxtəlif təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinin ABŞ və NATO-ya çatdırıldığını açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi də dekabrın 17-də ABŞ və NATO üçün təklifləri özündə əks etdirən iki ayrı saziş layihəsini dərc edib.

Peskov isə bu məsələ ilə bağlı konkret cavabın hələ gəlmədiyini bildirib.


Geri dön