Ana Sayfa > Karusel / Gündəm > Poroşenkoya qarşı daha bir ittiham irəli sürüldü
Poroşenkoya qarşı daha bir ittiham irəli sürüldü20-12-2021, 19:08. Yazar: Admin |
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı yeni ittiham irəli sürülüb. Qarabaginfo.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, eks-prezident dövlətə xəyanətdə ittiham olunur. Bu barədə Poroşenkonun “Avropa həmrəyliyi” partiya qərargahının rəhbəri Aleksandr Turçinov məlumat verib. Eks-prezident Ukraynanın “Müxalifət Platforması – Ömürlük” partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukla birlikdə Donbassın Kiyevin nəzarətində olmayan ərazilərindən qeyri-qanuni kömür tədarükünü təşkil etməkdə şübhəli bilinir. Poroşenko özü ittihamları rədd edib. Geri dön |