Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Ərdoğan nazirləri topladı
Ərdoğan nazirləri topladı20-12-2021, 18:21. Yazar: Admin |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti toplanıb. Qarabaginfo.az TRT-yə istinadən xəbər verir ki, iclasın əsas gündəliyi iqtisadiyyat olacaq. Bildirilir ki, məzənnədəki dalğalanmanın bazara təsiri müzakirə olunacaq. 2022-ci ildə dövlət işçilərinin və təqaüdçülərin maaşlarının tənzimlənməsi ilə bağlı qiymətləndirmə aparılacaq. Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasında İstanbulda keçirilən Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsi çərçivəsindəki təmaslarını dəyərləndirəcək. Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra “Millətə müraciət” çıxışı edəcəyi gözlənilir. Geri dön |