Ana Sayfa > Karusel / Gündəm > Deputatlar ömürlük diplomatik pasport istəyir
Deputatlar ömürlük diplomatik pasport istəyir20-12-2021, 12:01. Yazar: Admin |
“Dünyanın bir çox ölkəsində diplomatik pasport ömürlük verilir”. Qarabaginfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. Deputat təklif edib ki, millət vəkillərinə də ömürlük diplomatik pasport verilsin: “Diplomatik pasport millət vəkillərinə seçildiyi müddətə verilir. Millət vəkili seçilməyəndə onun diplomatik pasportunun əlindən alınmaması üçün qanunlara dəyişiklik edə bilərik. Bu barədə düşünmək olar. Hətta bundan əvvəl deputat olan, amma indi seçilməyən deputatlara diplomatik pasportları qaytarılsın”. Deputat Fəzail Ağamalı da təklifi dəstəkləyib: “Xahiş edirəm bu məsələni müzakirəyə çıxaraq. Bu, çox ədalətli yanaşma olardı”. Deputat Məlahət İbrahimqızı da təklifi dəstəkləyib: “Bəlkə də müəyyən limiti burada nəzərə ala bilərik. Bütün ölkələrdə bu var. Azərbaycanda da bu məsələ müsbət həll oluna bilər”. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Deputat Əli Hüseynli da cavabında bildirib ki, bu, bir sıra ölkədə var: “Amma bu, həm də bir sıra ölkədə yoxdur. Bu format Azərbaycanda uzun illər mövcuddur. Diplomatik pasport hazırda bizim fəaliyyətimiz dövründə verilir. Bütün millət vəkilləri bu məsələni qaldırarsa, komitədə baxıla bilər”. Spiker Sahibə Qafarova isə qeyd edib ki, artıq bir çox deputat məsələni qaldırıb: “Ona görə bunu nəzərə almaq olar”. Geri dön |