Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə avtobus qəzasında ölən və yaralanan azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədə avtobus qəzasında ölən və yaralanan azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMA


20-12-2021, 11:52. Yazar: Admin
Türkiyədə avtobus qəzasında ölən və yaralanan azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMA
“Ötən gün İğdır-Ankara marşrutu ilə hərəkətdə olan və Qars-Ərzurum yolunun Sarıqamış rayonu ərazisindən keçən hissəsində aşan avtobusda 21 azərbaycanlı olub”.
 
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev bildirib.
 
Onun sözlərinə görə, qəza zamanı iki nəfər vəfat edib, 14 nəfər yaralanıb:
 
“Ölənlər - 2002-ci il təvəllüdlü Qəmər Niyazova, 1961-ci il təvəllüdlü Fazilə İsmayılovadır. 13 nəfərə yerində yardım göstərilib və evə buraxılıb. Bir nəfərin isə vəziyyəti ağırdır”.

Geri dön