Ana Sayfa > Karusel / Təhsil > Nazir müavini: “132 min tələbə, doktorant və magistrantın təqaüdü artırılıb”

Nazir müavini: “132 min tələbə, doktorant və magistrantın təqaüdü artırılıb”


20-12-2021, 11:38. Yazar: Admin

 

Növbəti ildən sosial ödənişlərin artımları üçün müvafiq maliyyə vəsaitləri nəzərə tutulub. Bugünkü Sərəncam və Fərmanlar 732 min şəxsin sosial ödənişlərinin artımına səbəb olacaq.

 

Qarabaginfo.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

 

Onun sözlərinə görə, bunun üçün 200 milyon manat nəzərdə tutulub.

 

Sərəncam və Fərmanlar əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edən şəxslər, pensiya hüququ qazana bilməyib yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə, müddətli hərbi xidmətdə olanların övladları, valideynlərini itirmiş uşaqların qəyyumları, 5-dən çox uşağı olan ailələri əhatə edir: “Eyni zamanda, ölkədə hazırda 59 min şəxs ünvanlı dövlət sosial yardım alır, onların da bir yaşa qədər uşaqlarının müavinətləri də artırılacaq”.

O qeyd edib ki, bugünkü Sərəncam 132 min doktorant, tələbə və magistrantı əhatə edəcək.


Geri dön