Ana Sayfa > Karusel / Kriminal > Yolu keçmək istəyən ailəni maşın vurdu, ana öldü

Yolu keçmək istəyən ailəni maşın vurdu, ana öldü


20-12-2021, 11:05. Yazar: Admin

 

Yolu keçmək istəyən ailəni maşın vurdu, ana öldü

 

Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsində ağır yol qəzası baş verib.

Qarabaginfo.az xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Belə ki, minik avtomobili piyada keçidində yolu keçən 1956-cı il təvəllüdlü Fərziyeva Xəzəngül Rəşid qızı və onun oğlu, 1981-ci il təvəllüdlü Fərziyev Qəribağa Nadir oğlunu, həmçinin sonuncunun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Fərziyeva Fəridə Xavər qızını vurub.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, X.Fərziyeva qəzanın olduğu ərazidə vəfat edib. Digər iki yaralı isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.


Geri dön