Ana Sayfa > Karusel / Gündəm > Azad edilən ərazilərdə daha 20 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 20 mina aşkarlanıb


20-12-2021, 10:17. Yazar: Admin

 

Azad edilən ərazilərdə daha 20 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Qarabaginfo.az-a verilən məlumata görə, dekabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 18 mina və 166 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 108,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Geri dön