Ana Sayfa > Karusel / Dünya > Fransa polisi ermənilərdən ibarət oğru şəbəkəsini zərərsizləşdirdi

Fransa polisi ermənilərdən ibarət oğru şəbəkəsini zərərsizləşdirdi


20-12-2021, 08:59. Yazar: Admin

Fransa polisi 3 ay davam edən izləmədən sonra ermənilərdən ibarət şəbəkəni zərərsizləşdirib.

Qarabaginfo.az-ın xarici mediaya istinadla məlumatına görə, qanun keşikçiləri oğru şəbəkəsinin malları gizlətdiyi yeri müəyyən ediblər.

Anbar kimi istifadə edilən yerdən 10 000 avro nağd pul, 1 lüks avtomobil, məşhur markalara aid ətirlər, 50 şüşədən artıq bahalı içki və 100 kiloqramdan çox siqaret aşkar edilərək götürülüb.

Polisin saxladığı 3 nəfər Ermənistan və Gürcüstan vətəndaşları barədə həbs qətimkan tədbiri seçilib. 1 erməni qadın isə polisin nəzarətinə verilməklə sərbəst buraxılıb. Məhkəmə yanvar ayına təyin edilib. Gömrük xidməti isə təqsirləndirilən şəxslərə 135 000 avro cərimə tətbiq edib.(Apa)


Geri dön