Ana Sayfa > Karusel / Dünya > Tramp: “Çinin iqtisadi siyasəti bizə ildə 500 milyard dollar zərər vururdu"

Tramp: “Çinin iqtisadi siyasəti bizə ildə 500 milyard dollar zərər vururdu"


20-12-2021, 08:57. Yazar: Admin

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki Çinin siyasətləri səbəbindən ABŞ iqtisadiyyatının ildə 500 milyard dollar itirdiyinə inanır. Bu barədə TASS xəbər verir.

"Çin iqtisadi cəhətdən nəhəngdir. Rusiya belə deyil, lakin onların hərbi gücü var. Çinin də böyük hərbi gücü var", - Tramp bazar günü Fox News-a müsahibəsində deyib. İllərdir ki, bu barədə hər zaman danışmışam. İldə 500 milyard dollar”.

"Ölkəmiz heç vaxt bu qədər aşağı səviyyədə olmayıb, ölkəyə indiki qədər hörmətsizlik göstərilməyib. Çindən, Rusiyadan, Şimali Koreyadan. Belə bir zaman olmayıb", - Tramp hesab edir. Respublikaçı indiki administrasiyanın qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı hərəkətlərini yenidən tənqid edərək, bunu “biabırçılıq” adlandırıb.(virtualaz.org)


Geri dön