Ana Sayfa > Karusel / Dünya > Müdafiə naziri “Bayraktar”ın cəmi bir zərbəsindən sonra nə baş verdiyini açıqladı

Müdafiə naziri “Bayraktar”ın cəmi bir zərbəsindən sonra nə baş verdiyini açıqladı


20-12-2021, 08:41. Yazar: Admin

Ukraynanın müdafiə naziri Aleksey Reznikov Donbassdakı münaqişə zonasında “Bayraktar TB2” zərbə pilotsuz təyyarəsinin cəmi bir dəfə tətbiq edildiyini deyib və bundan sonra nələrin baş verdiyini açıqlayıb. virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, nazir Danimarkaya işgüzar səfəri zamanı bu haqda danışıb. Onun sözlərinə görə, Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlar həmin zərbədən sonra Rusiyanın Donbassdakı “hibrid ordusunun” sıralarında ciddi çaxnaşma yaşandığını göstərir. Muzdlular kütləvi şəkildə artilleriya qurğuları ilə işləməkdən imtina edirlər.

“Təhdidi anlayırlar. Gələn dəfə onlar yenə də atəşkəs rejimini pozsalar bu dəfə məsələn, Ukrayna istehsalı olan “Bayraktar” tətbiq olunacaq”, - Reznikov deyib.

 

O dəqiqləşdirib ki, Ukraynada artıq “Bayraktar”ları istehsal edən zavod tikilir. Həmin zavodda “Bayraktar”lar Ukrayna istehsalı olan mühərriklə təchiz olunacaqlar. Müdafiə naziri bu ilin noyabrında Donbassda “Bayraktar”ın separatçıların Qranitnoe qəsəbəsini artilleriya atəşinə tutmasına cavab olaraq tətbiq edildiyini xatırladıb.

 Xatırladaq ki, Ukrayna ordusunun silahlanmasında 48 “Bayraktar TB2” zərbə pilotsuz təyyarəsinin olduğu məlumdur. Hansı ki, daha əvvəl onların sayının cəmi 12 olduğu bildirilirdi.(virtualaz.org)


Geri dön