Ana Sayfa > Karusel / Dünya > Qazaxıstan Prezidenti səhiyyə nazirini vəzifəsindən azad edib
Qazaxıstan Prezidenti səhiyyə nazirini vəzifəsindən azad edib20-12-2021, 08:36. Yazar: Admin |
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin səhiyyə naziri Aleksey Çoyu vəzifəsindən azad edib. Bu barədə Qarabaginfo.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb. "Dövlət başçısının sərəncamı ilə Aleksey Vladimiroviç Çoy Qazaxıstan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib”, - mətbuat xidmətindən bildirilib. Bundan əvvəl Tokayev “KazAvtoJol” milli şirkətinin rəhbəri Ulan Alipovu vəzifəsindən azad edib. Avtomobil yollarının idarə edilməsi üzrə milli operatorun rəhbərinin işdən çıxarılmasına səbəb işinin qənaətbəxş olmaması olub.(Apa) Geri dön |