Ana Sayfa > Karusel / Dünya > Aİ-nin ali nümayəndəsi: “Rusiya enerjidən siyasi təzyiq vasitəsi kimi istifadə edir”
Aİ-nin ali nümayəndəsi: “Rusiya enerjidən siyasi təzyiq vasitəsi kimi istifadə edir”20-12-2021, 08:27. Yazar: Admin |
“Ukrayna və Belarus ətrafında böhranlar Avropada qazın qiymətinin artması fonunda inkişaf edir”. Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib. Onun sözlərinə görə, Rusiya Qərbin mavi yanacağa olan tələbatının 40%-ni Ukrayna və Belarus ərazisindən, eləcə də Baltik dənizindən keçən qaz kəmərləri vasitəsilə təmin edir: “Düzünü desək, Rusiya qaz tədarükü üzrə öhdəliklərini yerinə yetirir, lakin çoxları hesab edir ki, onun Avropaya ixracını artırmaqdan və ya Qazproma məxsus anbarları doldurmaqdan imtina etməsi Avropa İttifaqına təzyiq vasitəsidir. Rusiya enerjidən siyasi təzyiq vasitəsi kimi istifadə edir” Geri dön |