Ana Sayfa > Karusel / Region > Gürcüstanın keçmiş Baş Qərargah rəisi Almaniyada saxlanılıb
Gürcüstanın keçmiş Baş Qərargah rəisi Almaniyada saxlanılıb19-12-2021, 21:38. Yazar: Admin |
Gürcüstan Ordusunun Baş Qərargahının keçmiş rəisi general Georgi Kalandadze Almaniyada saxlanılıb. Qarabaginfo.az “Mtavari Arxi” televiziya kanalına istinadən xəbər verir ki, general Gürcüstan hakimiyyətinin tələbi əsasında Berlində tutulub. G. Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Gürcüstanın Baş Qərargahına rəhbərlik edib, onu bu vəzifəyə ölkənin keçmiş prezidenti Mixail Saakaşvili təyin edib. Onun saxlanmanın səbəbi hələlik məlum deyil. Lakin G. Kalandadzeyə qarşı 2012-ci ildə Gürcüstanda vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb. Kalandadze özü də son illər Ukraynada işləyir. O, kiçik bir qrup gürcü əsgəri ilə birlikdə 2014-cü ilin yayında Ukraynaya gəlib.(Report) Geri dön |