Ana Sayfa > Karusel / Dünya > Litva Ukraynaya ölümcül silahların ixracına hazırdır

Litva Ukraynaya ölümcül silahların ixracına hazırdır


19-12-2021, 20:09. Yazar: Admin

 

Litva Ukraynaya ölümcül silahların ixracına hazırdır

Litva Ukraynanı bütün vasitələrlə, o cümlədən öldürücü silahların ixracı ilə dəstəkləməyə hazırdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Litvanın Müdafiə Nazirliyinin rəhbəri Arvidas Anuşauskas bildirib.

“Diplomatiya o zaman uğurlu olacaq ki, ölkə öz suverenliyini müdafiə etmək və təmin etmək üçün bütün vasitələrə malik olsun. Ukraynaya hər vasitə ilə dəstək vermək lazımdır, Litva buna hazırdır, o cümlədən Ukraynaya öldürücü silahlar ixrac etməklə”.

Müdafiə naziri Litvanın Ukraynaya hansı silah növlərini təhvil verəcəyini dəqiqləşdirməyib.


Geri dön