Ana Sayfa > Karusel / Dünya > İranda terror aktı törədilib, ölən və yaralananlar var

İranda terror aktı törədilib, ölən və yaralananlar var


2-02-2019, 11:30. Yazar: Admin

İranın cənub-şərqində terror aktı törədilib. 

"Qarabaginfo" İran KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Sistan və Bəlucistan vilayətinin Nikşəhr şəhərində qeydə alınıb. 

Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli qərargahına silahlı hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər də yaralanıb.

Hücumun məsuliyyətini “Ceyş-ül Ədl” (“Ədalət Ordusu”) adlı terror təşkilatı öz üzərinə götürüb.


Geri dön