Ana Sayfa > Karusel / Gündəm > Laçın dəhlizində gömrük postu: Bakı sərt addımlara hazırlaşır
Laçın dəhlizində gömrük postu: Bakı sərt addımlara hazırlaşır19-12-2021, 12:17. Yazar: Admin |
"Azərbaycanın əsas hədəflərindən biri Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulmasıdır. 10 noyabr razılaşması buna hələ ki, imkan verməsə də, qanunsuz daşımalar, o cümlədən, Ermənistandan hərbi qüvvələrin dəhliz vasitəsilə Qarabağa gətirilməsi faktları və rus sülhməramlıların buna şərait yaratması bu məsələni daha da aktuallaşdırdı". Qarabaginfo.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında siyasi ekspert Asif Nərimanlı deyib. Onun sözlərinə görə, rəsmi Bakı ilkin addım kimi dəhlizə vizual nəzarəti gücləndirdib və bundan sonra qanunsuz daşımaların qarşısını müəyyən qədər alınıb: "Lakin heç kim zəmanət vermir ki, mülki ermənilər kiçikçaplı silahları bölgəyə daşımırlar. Qarabağdakı separatçı-terrorçu rejimin mülki əhalini silahlandırmaqla bağlı qərarı da o sualı gündəmə gətirdi ki, bu qədər silah haradandır? Bu, dəhlizdən hələ də qanunsuz daşımaların olduğu fikrini gücləndirir. Prezidentin Zəngəzur dəhlizi ilə Laçın dəhlizinin iş rejiminin eyni olacağına dair şərti də buna hesablanıb və burada iki hədəf var, hansı ki, hər iki hədəfdə Azərbaycan qazanclı çıxır. Birincisi, Zəngəzur dəhlizində Ermənistanın nəzarət-buraxılış məntəqəsinin qurulmasının qarşısını almaqdır, yəni yolun dəhliz məntiqi ilə açılmasıdır. Bakı anlayır ki, Rusiya Laçın dəhlizində post qurulmasını, ümumiyyətlə hər iki dəhlizə nəzarətin tərəflərin əlində olması ilə razılaşmayacaq. Bu baxımdan, siyasi gediş edərək, problemi Moskva-İrəvan xəttinə köçürür və hər iki variantla razılaşacağını bildirir. İkincisi, əgər Ermənistan Zəngəzur dəhlizində nəzarət-buraxılış məntəqəsi quracaqsa, yəni Rusiya bu məsələdə İrəvana söz keçirə bilməyəcəksə, o zaman, Azərbaycan bundan istifadə edərək, Laçın dəhlizində postunu quracaq. Qeyd etdiyim kimi, Bakının əsas hədəflərindən biri budur və hazırkı situasiyada Ermənistanın mövqeyindən bu məqsədlə istifadə edir. Laçın dəhlizində post qura bilsək, bu Qarabağda əlimizi böyük ölçüdə gücləndirəcək. Hər şeydən öncə artıq bu yol dəhliz olmayacaq. Azərbaycan Qarabağa qanunsuz daşımaların qarşısını alacaq, o cümlədən, Azərbaycan postundan keçərək, Ermənistana gedəcək. Qarabağdakı ermənilər də gələcəklərinin Azərbaycan bayrağı altında yaşamaq olduğunu qəbul etməyə başlayacaqlar. Əslində Prezident İlham Əliyev dəhlizə-dəhliz şərti həm də Qarabağdakı ermənilərə gələcəklərinin Ermənistanda olmadığı mesajının verilməsi məqsədi də daşıyırdı. Azərbaycanın quracağı post eyni zamanda rus sülhməramlılarının, yəni Rusiyanın Qarabağdakı təsir imkanlarının böyük ölçüdə azaldacaq. Məhz bu detal Brüsseldə əldə olunan razılığın praktiki mərhələdə işləyəcəyini sual altına salır. Əslində Brüssel razılaşması ümumilikdə Bakının və bölgədə tək hakim olmaq istəyən Moskvanın gündəliyinə uyğundur. Əsas açıq qalan məsələ məhz dəhlizlərlə bağlıdır. Fikrimcə, Rusiya bu prosesin praktiki mərhələdə icra olunmasına qarşı çıxa bilər və bu, Zəngəzur dəhlizi ilə bağlı məsələnin yenidən Moskva masasında ayrıca müzakirə ediləcəyi deməkdir. Lakin o da istisna deyil ki, bu indi baş verməyəcək. Brüsseldə dəmiryolunun inşaası ilə bağlı razılıq əldə olunub, o cümlədən, avtomobil yolu ilə bağlı qərarlar var. Mümkündür ki, Rusiya yolların inşasına qədər prosesə müdaxilə etməsin. Əslində bu, İrəvana da sərf edir, çünki dəmiryolu və avtomobil yolunun inşası üçün indi Paşinyana daxili auditoriyaya “Zəngəzur dəhlizi olmayacaq” deməsi lazımdır". Geri dön |