Ana Sayfa > Karusel / Region > Türkiyənin yeni peyki orbitə buraxılıb

Türkiyənin yeni peyki orbitə buraxılıb


19-12-2021, 10:12. Yazar: Admin

Türkiyənin yeni peyki orbitə buraxılıb

Türkiyənin yeni peyki “Türksat 5B” ABŞ-ın Florida ştatında orbitə buraxılıb.
Qarabaginfo.az "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bununla da Türkiyənin aktiv rabitə peyklərinin sayı 5-ə, ümumilikdə peyklərinin sayı isə 8-ə çatıb.
Yerli vaxtla saat 06.58 radələrində "SpaceX" şirkəti tərəfindən orbitə buraxılan “Türksat 5B” faydalı yükgötürmə imkanları və digər xüsusiyyətlərinə görə Türkiyənin ən güclü peykidir. Rabitə peyki Orta Şərq, Körfəz, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Şərqi Afrika və yaxın qonşu ölkələri əhatə edəcək.


Geri dön