Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “SpaceX” kosmosa daha 52 peyk göndərdi
Ana Sayfa > Karusel / Dünya > “SpaceX” kosmosa daha 52 peyk göndərdi

“SpaceX” kosmosa daha 52 peyk göndərdi


19-12-2021, 09:29. Yazar: Admin

ABŞ-ın kosmik texnologiyaları şirkəti “SpaceX” “Falcon 9” raketi ilə kosmosa daha 52 “Starlink” peyki göndərib. Xarici KİV-lər xəbər verir ki, “SpaceX”in məqsədi “Starlink” peyk şəbəkəsi ilə bütün dünyada yüksək sürətli internet təmin etməkdir.

2021-ci ilin 28-ci buraxılışı Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri Stansiyasından həyata keçirilib.

Orbitdəki “Starlink” peyklərinin ümumi sayı 1944-ə yüksəlib.

Bu yaxınlarda “Starlink” şirkəti bir neçə aviaşirkətin təyyarələrində peyk internet sistemlərini sınaqdan keçirməyə başladıqlarını açıqlayıb.

“SpaceX” şirkəti kosmosa peyk göndərmə anlarını canlı yayımlayıb.


Geri dön