Ana Sayfa > Karusel / Siyasət > Baydenin köməkçisindən ilginc AÇIQLAMA: “Putinin beynində nə olduğunu bilmirik”

Baydenin köməkçisindən ilginc AÇIQLAMA: “Putinin beynində nə olduğunu bilmirik”


19-12-2021, 09:06. Yazar: Admin

Qarabaginfo.az xəbər verir ki, bu fikiri ABŞ prezidentinin köməkçisi Ceyk Sallivan səsləndirib:
“ABŞ-ın qiymətləndirməsi stabildir. Amma Rusiyada Ukrayna məsələsi ilə bağlı hansı addım atacaqlarını hələ müəyyənləşdirməyiblər. ABŞ hökumətinin hazırkı qiymətləndirməsinə görə, o (Rusiya prezidenti – red.) hələ qərar verməyib. Ötən həftədən bu məsələdə heç nə dəyişməyib” – deyə Sallivan vurğulayıb.
Onun sözlərinə görə, kəşfiyyat xəbərləri Rusiya hökumətinin bu cür imkanları ciddi şəkildə nəzərdən keçirdiyini deməyə əsas verir.
Xatırladaq ki, Qərbin və Ukraynanın Rusiyanın “təcavüzkar hərəkətləri” ilə bağlı dəfələrlə ittihamlar səsləndirməsinə baxmayaraq, Kreml bunları rədd edib və heç kəsi təhdid etmədiyini, hücum niyyətində olmadığını açıqlayıb. Rusiya “təcavüz” məsələsini NATO-nun onun sərhədlərinə yaxın ərazilərə daha çox hərbi texnika yerləşdirmək cəhdi kimi qiymətləndirib. Eyni zamanda NATO-nun bu addımını Kreml özünə təhlükə kimi görüb.


Geri dön