Türkiyədə İzmir şəhərinin Kınık rayonunda yerləşən kömür mədənində qəza baş verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə İzmir valisi Yavuz Selim Köşger bildirib.
Vali mədənin bir sahəsində çökmə baş verdiyini, 8 nəfər yaralandığını qeyd edib. O, həyati təhlükəsi olmayan yaralıların xəstəxanada müayinə olunduqlarını vurğulayıb.