Ana Sayfa > Karusel / Gündəm > Nazirlik: “Əks-epidemik fəaliyyət göstərən tibbi heyətin sosial müdafiəsi istiqamətində addımlar atılır”

Nazirlik: “Əks-epidemik fəaliyyət göstərən tibbi heyətin sosial müdafiəsi istiqamətində addımlar atılır”


18-12-2021, 22:50. Yazar: Admin

Nazirlik: “Əks-epidemik fəaliyyət göstərən tibbi heyətin sosial müdafiəsi istiqamətində addımlar atılır”

“Nəinki pandemiya dövründə, ondan əvvəl də tibb işçilərinə dövlətin diqqət və qayğısı daim olub. Qayğı bu gün də davam edir”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

O qeyd edib ki, ölüm saylarının az olması bir tərəfdən əks-epidemik tədbirlər və vaksinasiya kampaniyası ilə bağlıdırsa, digər tərəfdən birbaşa tibb işçilərinin fədakarcasına çalışması ilə bağlıdır: “Təəssüf ki, bəzi tibb işçilərimizi pandemiya ilə mübarizədə itirmişik. Onlara rəhmət diləyirik. Hazırda daha gərgin şəraitdə fəaliyyət göstərdikləri üçün ölkə rəhbərliyi tərəfindən bu məsələ diqqət mərkəzindədir. onların nəinki peşə fəaliyyətini normal və yüksək səviyyədə keçirmək üçün müxtəlif təlim və hazırlıq kurslarına cəlb olunması, eyni zamanda əks-epidemik fəaliyyət göstərən tibbi heyətin sosial müdafiəsi istiqamətində də mühüm addımlar atılır”.


Geri dön