Ana Sayfa > Karusel / Gündəm > Ərdoğan Qətər Əmirilə telefonla danışıb

Ərdoğan Qətər Əmirilə telefonla danışıb


18-12-2021, 21:16. Yazar: Admin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Qətər dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl Sani ilə telefonla danışıb.

Qarabaginfo.az-ın yerli bürosunun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan telefon söhbətində Qətərin Milli Müstəqillik Günü münasibətilə Şeyx Təmim bin Həməd əl Sanini və Qətər xalqını təbrik edib.

Hər iki lider Türkiyə-Qətər əlaqələrinin inkişafı və regional məslələrlə bağlı fikir mübadiləsi də aparıblar.

Qeyd edək ki, 1971-ci ildə ingilis müstəmləkəsindən azad edilən Qətər o tarixdən indiyədək hər il Milli Müstəqillik Gününü qeyd edir.


Geri dön