Ana Sayfa > Karusel / Region > İranın Qərbi və Şərqi Azərbaycan əyalətlərində şaxtalı havaya görə məktəblərdə tətil elan olunub

İranın Qərbi və Şərqi Azərbaycan əyalətlərində şaxtalı havaya görə məktəblərdə tətil elan olunub


18-12-2021, 14:43. Yazar: Admin

İranın Qərbi və Şərqi Azərbaycan əyalətlərində şaxtalı havaya görə məktəblərdə tətil elan olunub

İranın Qərbi Azərbaycan və Şərqi Azərbaycan əyalətlərində şaxtalı hava şəraitinə görə məktəblərdə tətil elan olunub.

Qarabaginfo.az xəbər verir ki, yolların buz bağlaması və soyuq hava şəraitinə görə Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri və digər şəhərlərində şənbə günü tətil elan olunub. Həmçinin güclü külək, çovğun, qar və soyuq hava şəraitinə görə Şərqi Azərbaycan əyalətinin Təbriz, Sarab, Həştrud və digər bir neçə şəhərdə dərslərin distant keçirilməsinə qərar verilib.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan və Şərqi Azərbaycan əyalətində iki gündür ki, qar yağır, çovğun var.(Apa)


Geri dön