Ana Sayfa > Karusel / İqtisadiyyat > Ermənistandan Horadizə qədər dəmir yolu: Layihəni kim maliyyələşdirəcək?
Ermənistandan Horadizə qədər dəmir yolu: Layihəni kim maliyyələşdirəcək?18-12-2021, 13:42. Yazar: Admin |
Bir neçə gün öncə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Azərbaycanla kommunikasiyaların blokadadadan çıxarılması çərçivəsində dəmir yolunun bərpası üçün 1 milyard dollardan çox vəsaitin tələb olunduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistan ərazidəki Yerasx (Arazdəyən)-Culfa-Ordubad-Meğri-Horadiz xəttinin bərpasında investorun kim olacağı hələ müəyyən edilməyib. Nəzərə alsaq ki, Ermənistan müharibədən sonra ağır iqtisadi böhran keçirir və Ermənistan dəmir yolları "Rusiya Dəmir Yolları" QSC-nin tabeliyindədir. Üstəlik Azərbaycan Prezidenti İlham Əliyev də Zəngəzur dəhlizi ilə bağlı çıxışlarında dəfələrlə bunu vurğulayıb. Belə olan halda Ermənistanın bu layihədə nə ilə ifadə olunacaq? Ermənilərin iddia etdiyi məbləği şişirdilmiş saymaq olarmı? Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a açıqlama verən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ümumiyyətlə, dəmir yolların bərpası məsələsi ümumən Zəngəzur dəhlizi ilə birbaşa bağlıdır: “Bu dəhlizin açılması, əlbəttə, çox dövlətlərin marağındadır. Hətta Çin də buna maraq göstərir. Çinin Azərbaycandakı səfiri də açıq şəkildə elan edib ki, dəhlizin açılması tərəfdarıdır. Yerasxdan Horadizə qədər uzanacaq xəttə sərmaye qoyuluşuna gəlincə, hesab edirəm ki, bu problem deyil. Amma təxminən 1 milyard dollar vəsait şişirdilmiş rəqəmdir. İnanmıram ki, o qədər vəsait tələb olunsun”. Deputat vurğulayıb ki, dəhlizin müəyyən hissəsində artıq işlər görülüb: “Ona görə də, əsas məsələ vəsait deyil. Vəsait lazım olsa, Azərbaycanın buna imkanı var və digər beynəlxalq qurumlar da Azərbaycana kredit verməyə hazırdır, təki bu layihəni həyata keçsin. Fikrimcə, bu mövzuda heç bir problem olmayacaq. Amma bir daha qeyd edirəm, rəqmlər nisbidir. Əgər Ermənistan dəmir yolunun inşaasında iştirak edəcəksə, bunda payı varsa, ərazisindən keçən hissəyə vəsait qoymalıdır. Ola bilsin ki, onların maliyyə imkanı yoxdur, amma beynəlxalq təşkilatlar, o cümlədən, digər dövlətlər, Rusiyanın özü, İran, Çin, Türkiyə, bunlar hamısı layihədə maraqlıdır”, - deyə V. Əhmədov fikrini yekunlaşdırıb. Geri dön |