Ana Sayfa > Karusel / Siyasət > Çavuşoğlu İƏT-in Əfqanıstanla bağlı fövqəladə iclasında iştirak edəcək

Çavuşoğlu İƏT-in Əfqanıstanla bağlı fövqəladə iclasında iştirak edəcək


18-12-2021, 13:25. Yazar: Admin

Mövlud Çavuşoğlu

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 19-da Əfqanıstandakı humanitar böhranla əlaqədar İslamabadda keçiriləcək fövqəladə iclasda iştirak edəcək.

Qarabaginfo.az xəbər verir ki, toplantı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Əfqanıstan üzrə fövqəladə iclası çərçivəsində baş tutacaq.

Türkiyə XİN-dən bildirilib ki, iclasda Əfqanıstandakı humanitar böhranın aradan qaldırılması üçün dəstək cəhdləri ilə bərabər, Fələstin problemi ilə bağlı fikir mübadiləsinin aparılması və gündəmdə olan məsələlərlə əlaqədar qərarların qəbulu nəzərdə tutulub.

Səfər çərçivəsində M.Çavuşoğlunun İƏT-ə üzv və müşahidəçi ölkələrdən olan həmkarları ilə, həmçinin iclasa dəvət edilən bəzi ölkələrin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlərinin keçirməsi planlaşdırılıb.(Apa)


Geri dön