Ana Sayfa > Karusel / Region > Baş nazir: "Gürcüstan Azərbaycanla münasibətləri möhkəmləndirəcək"

Baş nazir: "Gürcüstan Azərbaycanla münasibətləri möhkəmləndirəcək"


18-12-2021, 12:24. Yazar: Admin

 

Baş nazir: Gürcüstan Azərbaycanla münasibətləri möhkəmləndirəcək
İrakli Qaribaşvili

"2022-ci ildə Gürcüstanın xarici siyasətinin əsas istiqamətlərindən biri Azərbaycanla münasibərlərin möhkəmləndirilməsi olacaq".

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili illik hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə və Ermənistanla da əlaqələrin inkişafı diqqət mərkəzində olacaq.

Hökumət başçısı qeyd edib ki, Gürcüstan bölgədə mövcud potensialı maksimal olaraq istifadə edəcək və infrastruktur layihələri inkişaf etdirəcək.

İ.Qaribaşvili ölkənin 2021-ci ildə xarici siyasətini çox uğurlu qiymətləndirib: "Bölgə ölkələrinə bir neçə uğurlu səfərlər baş tutub. Bu istiqamətdə əməkdaşlğı davam etdiririk. Region ölkələrinə səfərlər daha aktiv olacaq".(Report)


Geri dön