Ana Sayfa > Karusel / Dünya > Antonio Quterreş: “Hazırkı templə Afrika əhalinin 70%-nin vaksinasiyası 2024-cü ildə çata bilər”

Antonio Quterreş: “Hazırkı templə Afrika əhalinin 70%-nin vaksinasiyası 2024-cü ildə çata bilər”


18-12-2021, 08:58. Yazar: Admin

Antonio Quterreş: “Hazırkı templə Afrika əhalinin 70%-nin vaksinasiyası 2024-cü ildə çata bilər”

BMT dünyada vaksinasiya ilə bağlı qoyulmuş hədəfə çatmağın vacibliyinə bir daha diqqət çəkib.

Qarabaginfo.az xəbər verir ki, Təşkilatın baş katibi Antonio Quterreş ölkələri ilin sonunadək dünya əhalisinin 40%-nin peyvəndlənməsi hədəfinə çatmaq üçün konkret addımlar atmağa çağırıb.

Qurum rəhbəri ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, hazırkı templərlə Afrika əhalinin 70%-nin vaksinasiyasına yalnız 2024-cü ilin avqustunda çata bilər. Baş katibin sözlərinə görə, vaksinlərin paylaşdırılmasındakı qeyri-bərabərlik virusun variantlarının nəzarətdən çıxmasına gətirib çıxarır.(Apa)


Geri dön