ABŞ və onun müttəfiqləri Ukrayna ətrafında vəziyyətin mümkün gərginləşməsinə cavab vermək üçün iqtisadi tədbirlər hazırlayır. RİA Novosti xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi deyib.
"Müttəfiqlərlə iş intensivdir", - o bildirib.
Onun sözlərinə görə, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi Rusiya üçün “dərin nəticələrə” səbəb ola bilər, lakin bu halda işlənib hazırlanan sanksiyalar əsasən iqtisadi tədbirlərdən ibarətdir.(virtualaz.org)