Ana Sayfa > Karusel / Siyasət > Əli Baqiri: "Qısa vaxtda razılığa gəlmək qarşı tərəfin iradəsindən asılıdır”
Əli Baqiri: "Qısa vaxtda razılığa gəlmək qarşı tərəfin iradəsindən asılıdır”17-12-2021, 22:15. Yazar: Admin |
Vyanada tez bir zamanda razılığa gəlmək qarşı tərəfin iradəsindən asılıdır. Qarabaginfo.az xəbər verir ki, bunu İranın nüvə müzakirələrində iştirak edən nümayəndə heyətinin rəhbəri Əli Baqiri deyib. O deyib ki, qarşı tərəf İran İslam Respublikasının məntiqli mövqeyini qəbul edərsə, yeni dövr danışıqlar müzakirələrin son dövrü ola bilər. Ə.Baqiri əlavə edib ki, belə olarsa ən qısa zamanda razılıq əldə oluna bilər. Qeyd edək ki, İran və 4+1 ölkələri arasında 7-ci dövr müzakirələr bu gün başa çatıb. Yeni dövr müzakirələr bir neçə gün sonra yenidən başlayacaq.(Apa) Geri dön |