Ana Sayfa > Karusel / Gündəm > Komitə sədri: "Azad edilmiş şəhərlərin baş planları üzərində iş gedir"
Komitə sədri: "Azad edilmiş şəhərlərin baş planları üzərində iş gedir"17-12-2021, 18:31. Yazar: Admin |
"Şəhərsalmada dünya miqyasında olan müasir nailiyyətlər, tendensiyalar nəzərə alınır ki, həm gözəl, həm də müasir şəhərlər salınsın.”. Bunu işğaldan azad edilmiş ərazilər haqqında Qarabaginfo.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib: “Proses davam edir. Kompleks tədbirlər görülür. İşğaldan azad edilmiş ərazilər üçün ümumi plan artıq bitmək üzrədir. Paralel olaraq işğaldan azad olunmuş bütün şəhərlərin baş planları işlənilir, müxtəlif mərhələlərdədir. Bir neçəsi artıq ölkə başçısına və onun iştirakı ilə ictimaiyyətə təqdim olunub”. Anar Quliyev bir neçə şəhərin baş planının üzərində iş getdiyini əlavə edib. “Şuşa, Füzuli, Ağdam, Cəbrayıl şəhərlərinin baş planı təqdim olunub, digər şəhərlərin baş planları üzərində iş davam edir. Paralel olaraq baş planları bitmiş şəhərlər də daxil olmaqla bütün şəhərlər üçün müfəssəl planlaşdırma da aparılır. Eyni zamanda çoxsaylı kəndlərimizin də yenidən qurulması üçün tədbirlər görülür, onların sayı çox olduğu işlər mərhələli şəkildə aparılır. Artıq Cənab Prezidentin göstərişi ilə Kəlbəcər və Zəngilan şəhərlərinin də, o cümlədən Qubadlı şəhərinin də baş planının hazırlanması üçün tərəfdaş beynəlxalq layihələndirmə təşkilatı müəyyənləşdirilib, iş birliyi başlanılıb. Şəhərsalma konsepsiyası hazırlanır, təsdiq olunduqdan sonra baş plan müfəssəl planlaşdırma ilə birlikdə hazırlanacaq”. Geri dön |