Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanda 12 qanuna dəyişiklik Milli Məclisin iclasına tövsiyə olunub

Azərbaycanda 12 qanuna dəyişiklik Milli Məclisin iclasına tövsiyə olunub


17-12-2021, 17:28. Yazar: Admin

Milli Meclis

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclası keçirilib.

Qarabaginfo.az xəbər verir ki, dəyişiklik layihələri barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat veriblər.

Daha sonra isə qanunlara dəyişikliklər deputatların müzakirəsinə təqdim edilib.

Müzakirələrdən sonra iclasın gündəliyində 12 qanuna dəyişiklik layihələri I oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Həmin qanunlara dəyişiklik layihələri aşağıdakılardır:

1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

2. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

3. Mülki Məcəlləyə dəyişiklik layihəsi (birinci oxunuş).

4. Cinayət Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

5. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

6. “Lotereyalar haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

7. “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

8. “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

9. “Atçılıq haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

10. “Reklam haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

11. “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

12. “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).


Geri dön