Azərbaycanın vaxtilə işğal altında olmuş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsindəki separatçı-terrorçu rejimin "təmsilçi"lərindən biri olan Boris Avaqyan Rusiyada həbs edilib.
Qarabaginfo.az "Aysor"a istinadən xəbər verir ki, o, Sankt-Peterburq şəhərində saxlanılıb.
Rusiyanın hüquq-mühafizə orqanları B.Avaqyanı qaçaqmalçılığa görə axtarışa veribmiş.
Onun dövlət sərhədini necə keçərək Rusiya ərazisində peyda olması məsələsi də araşdırılır.(Report)