Ana Sayfa > Karusel / Sosial > Klinik Tibbi Mərkəzdə yeni şöbə yaradılır

Klinik Tibbi Mərkəzdə yeni şöbə yaradılır


17-12-2021, 15:09. Yazar: Admin

“Hazırda Klinik Tibbi Mərkəzdə yeni 1000 kvadratmetri əhatə edən təcili yardım şöbəsi yaradılır”.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi Qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov bildirib.

 Onun sözlərinə görə eyni zamanda ÜST və TƏBİB-in əməkdaşlığı nəticəsində respublikada 13 təlim mərkəzləri yaradılıb:

 “Təlim mərkəzlərində həm təcili yardım həkimləri üçün, həm də təcili yardım stansiyaları üçün ilkin tibbi xidmətin təşkili üzrə təlimlər həyata keçirilir. Yaxın gələcəkdə Klinik Tibbi Mərkəz ÜST -lə birgə möhtəşəm bir təcili yardım təbabətinin təliminin keçirilməsi üçün təlim mərkəzinin yaradılmasını nəzrədə tutub. Bununla bağlı Türkiyənin müxtəlif institutlarının təlimçilərini dəvət edirik. Bu təlimlər növbəti həftədən regionlarda da olacaq”


Geri dön