Ana Sayfa > Karusel / Cəmiyyət > Dönərdən yenə kütləvi zəhərlənmə - Bu dəfə 9 nəfər

Dönərdən yenə kütləvi zəhərlənmə - Bu dəfə 9 nəfər


17-12-2021, 14:49. Yazar: Admin

Şəkidə dönərdən kütləvi zəhərlənmə olub. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Qarabaqinfo.az-a bildirib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinə 9 nəfərin  qida zəhərlənməsi diaqnozu ilə  Mərkəzi Xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub. Həmin şəxslər ifadələrində şəhər ərazisində yerləşən “Gənclik” kafesində dönər yedikdən sonra səhhətlərinin  pisləşdiyini bildiriblər.


Məlumat daxil olandan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib, dönərin hazırlanmasında istifadə olunan qida məhsullarından qalan nümunələr qablaşdırılaraq götürülüb. Xəstəxanaya müraciət edən şəxslər barəsində isə məhkəmə tibbi ekspertiza təyin edilib.


Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.4-cü (pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi  ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb,zəruri istintaq tədbirləri həyata keçirilir.


Geri dön